MORFOLOJİ KORRELYASİYA

bir relyef formasıının dağılması nəticəsində yaranmış, digər relyef forması ilə qarşılıqlı münasibəti. Mis: dağlıq ölkənin dağılması hesabına yaranmış dağətəyi şleyfin, dağlıq ölkə ilə qarşılıqlı münasibəti. морфологическая корреляция landforms correlation
MORFOLOJİ KOMPLEKS
MORFOLOJİ RELYEF KOMPLEKSİ
OBASTAN VİKİ
Korrelyasiya
Statistikada korrelyasiya və ya asılılıq iki təsadüfi dəyişən və ya ikidəyişənli verilənlər arasında səbəb və ya səbəb əlaqəsi olmayan hər hansı statistik əlaqədir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistematik dəyişməsinə gətirib çıxarır. İki dəyişən arasındakı korrelyasiya riyazi olaraq əmsallarla ifadə olunur. Əmsallar qarşılıqlı əlaqənin xarakterindən asılı olaraq mənfi və ya müsbət olurlar. Mənfi korrelyasiya zamanı bir dəyişənin artması digərlərinin azalmasına və əksinə təsir edir. Korrelyasiya əmsalı ehtimal nəzəriyyəsində iki təsadüfi dəyişənin qarşılıqlı təsiri üçün göstərici kimi qəbul edilir. Korrelyasiya əmsalı R hərfi ilə işarə olunur və −1 və + 1 arasında qiymətlər alır. Əgər əmsalın qiyməti 1-ə yaxın olarsa, onda dəyişənlər arasında əlaqənin güclü olması ehtimal olunur. Əmsal 0-a yaxınlaşdıqca əksinə olaraq əlaqə zəifləyir. Əmsal 1-ə bərabər olduqda dəyişənlər arasında funksional asılılıq mövcud olur, yəni iki parametrin dəyişməsini xətti funksiya ilə təsvir etmək olar.
Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.